Türkiyədə məktəbə silahlı basqın – Çox sayda yaralı var
Şanlıurfa vilayətinin Siverek rayonunda litseydə baş vermiş silahlı insident nəticəsində yaralananların sayı 16 nəfərə çatıb. Gundelik.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, hücumu həyata keçirən şəxs sonradan intihar edib. Şanlıurfa valisi Hasan Şıldak hücumçunun məktəbin keçmiş şagirdi olduğunu və 2007-ci il təvəllüdlü olduğunu təsdiqləyib. İnsidentlə bağlı cinayət işi açılıb.
