İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Böyük Britaniyada qeyri-qanuni immiqrasiya ilə mübarizəyə xərclənən milyardlarla funt-sterlinq uğursuzluğa düçar olub

Böyük Britaniyada qeyri-qanuni immiqrasiya ilə mübarizə çərçivəsində 2017-ci ildən bəri təxminən 2 milyard funt-sterlinq dəyərində dövlət tenderlərinin özəl şirkətlərə verildiyi məlum olub. Bununla belə, ekspertlərin fikrincə, bu xərclərin nəzərəçarpacaq nəticə verməsi barədə heç bir aydın sübut yoxdur.

Gundelik.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti araşdırma material hazırlayıb.

Araşdırmalara görə, ölkədə miqrasiya siyasətlərinin həyata keçirilməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi vəzifələri çox vaxt qeyri-şəffaf müqavilələr əsasında özəl şirkətlərə həvalə edilibmiş. Bildirilib ki, Britaniya hökuməti kanal üzərindən qeyri-qanuni keçidlərin qarşısını almaq və sığınacaq müraciətlərinin xərclərini azaltmaq üçün müxtəlif xidmət alışlarına müraciət edib.

Araşdırmada dörd universitetdən olan akademiklər 2017-ci ildən bəri imzalanan və ümumi dəyəri 2 milyard funt sterlinq olan müqavilələri tədqiq ediblər. Bu müqavilələrin icra detalları ictimaiyyətlə paylaşılmır və şirkətlərin əldə etdiyi faktiki gəlirlər və bu vəsaitlərin təsiri tam məlum deyil.

Məlunata əsasən, immiqrasiya idarəçiliyində istifadə edilən dövlət pullarının əsas alıcılarından biri olan “Mitie Care” və “ustody”ə müvəqqəti saxlama mərkəzlərini idarə etmək və immiqrasiya nəqliyyatı xidmətləri göstərmək üçün 514 milyon funt sterlinqlik müqavilə verilib.

Lakin bu razılaşmaların qanunsuz keçidlərin azaldılmasında nə dərəcədə uğurlu olduğu bəlli deyil. Mütəxəssislər vurğulayırlar ki, sistemin bahalığına baxmayaraq, onun effektivliyi məhdud olaraq qalır.

Hökumətin qarşıdakı dövrdə immiqrasiya sistemi ilə bağlı yeni siyasət sənədini dərc edəcəyi gözlənilir. Bununla belə, bu araşdırmanın qeyri-qanuni miqrasiyadan çox, viza sistemi ilə bağlı mümkün sui-istifadələrə diqqət yetirəcəyi bildirilir.

Səlahiyyətlilər vurğulayırlar ki, insanların vergilərinin necə xərclənməsi ilə bağlı daha çox şəffaflıq olmalıdır və qeyri-leqal immiqrasiyanın qarşısının alınması üçün atılan addımların səmərəliliyi, onların xərcləri ilə yanaşı, ictimaiyyətə aydın şəkildə izah edilməlidir.

Gundelik.az