Dünyanın ən böyük aviasiya, kosmik və hərbi texnika istehsalçılarından biri olan Amerikanın “Boeing Co.” konserni ikinci rübdə xalis itkisini 2,4 dəfə azaldıb, eyni zamanda düzəliş edilmiş rəqəm və gəlir analitiklərin gözlədiyindən daha yaxşı olub.
Gundelik.az şirkətin hesabatına istinadən xəbər verir ki, aprel-iyun aylarında onun xalis zərəri ötən ilin eyni dövründəki 1,439 milyard dollar və ya hər səhmə görə 2,33 dollar itki ilə müqayisədə 612 milyon dollar və ya hər səhmə görə 0,92 dollar təşkil edib.
Düzəliş edilmiş zərər hər səhmə görə 2,9 dollardan 1,24 dollara qədər azalıb. Hesabag dövründə şirkətin gəlir 35% artaraq 22,749 milyard dollara çatıb.
“FactSet” tərəfindən sorğuda iştirak edən analitiklər orta hesabla şirkətin 22,12 milyard dollar gəlirlə səhm başına 1,40 dollar dəyərində düzəliş edilmiş zərər hesabat verəcəyini gözləyirdilər.
Mülki təyyarələr seqmentində şirkətin gəliri ötən rübdə 1,8 dəfə artaraq 10,874 milyard dollara, tədarüklər isə 1,6 dəfə artaraq 150 təyyarəyə çatıb.
İyunun sonunda “Boeing”in sifariş kitabçası 522 milyard dollar dəyərində qiymətləndirilib və 5,9 mindən çox təyyarə daxil edilib.
Şirkətin müdafiə və kosmos bölməsində satışlar aprel-iyun aylarında 10% artaraq 6,617 milyard dollara çatıb. Xidmət sektorunda gəliri 8% artaraq 5,281 milyard dollara çatıb.
Çərşənbə axşamı bazar əvvəli ticarətdə “Boeing” səhmləri 2,4% bahalaşıb.
Gundelik.az

