Çin Hava Yollarına Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Boeing” təyyarələrinin qəbulu qadağan edilib.
Gundelik.az xəbər verir bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Mənbələr bildiriblər ki, Pekin həmçinin aviaşirkətlərdən ABŞ şirkətlərindən təyyarə ilə əlaqəli komponentlər və avadanlıqların satın alınmasını dayandırmağı tələb edib.
Həmçinin Çin hökumətinin “Boeing” təyyarələrini icarəyə götürən və artan xərclərlə üzləşən aviaşirkətlərə dəstək variantlarını araşdırdığı qeyd olunur.
Gundelik.az

