Gundelik.az Ölkə İsti hava nə vaxta qədər davam edəcək?
Ölkə Xəbərlər

İsti hava nə vaxta qədər davam edəcək?

Həftə sonunadək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, avqustun 2-3-də 40 dərəcəyə yaxın, dağlıq rayonlarda 29-34, Mərkəzi aran, eyni zamanda Naxçıvan MR-da isə 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı gözlənilir.

Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Abşeron yarımadasında, o cümlədən Sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.

Gundelik.az 

Exit mobile version