Gundelik.az Xəbərlər Putin, İlham Əliyev və Məsud Pezeşkian Türkmənistanda üçtərəfli görüş keçiriblər
Xəbərlər

Putin, İlham Əliyev və Məsud Pezeşkian Türkmənistanda üçtərəfli görüş keçiriblər

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian cümə günü Türkmənistanda üçtərəfli görüş keçiriblər. Bu barədə “İnterfaks”a dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib
“Bəli, həqiqətən də Xəzər sammiti başa çatdıqdan sonra belə bir görüş baş tutub”, — deyə Peskov bildirib. Putin Türkmənistanda iki sammitin — MDB və Xəzər ekoloji sammitinin işində iştirak edib.
Rusiya, İran və Azərbaycanın sonuncu üçtərəfli sammitinin keçirilməsindən 9 il ötür.
Üç dövlət başçısının ilk görüşü (o vaxt İran prezidenti Həsən Ruhani idi) 2016-cı ilin payızında Bakıda, ikincisi isə 2017-ci il noyabrın 1-də Tehranda baş tutub.
O vaxtdan bəri bu formatda sammit keçirilməyib. Rusiya, İran və Azərbaycan liderlərinin növbəti görüşü əvvəlcə 2018-ci ildə Moskvada planlaşdırılsa da, daha sonra 2019-cu ilə keçirilmiş, ardından texniki səbəblərə görə yenidən təxirə salınmışdı.
Tehran sammitində birgə bəyanat imzalanmışdı. Bəyanatda Azərbaycan və İran beynəlxalq energetika meydançalarında qarşılıqlı əlaqələri və neft-qaz sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını bəyan etmişdilər.
Prezidentlər, həmçinin “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı məqsədilə avtomobil, dəmir yolu və hava nəqliyyatı sahəsində əməkdaşlığın vacibliyini təsdiqləyiblər. Bununla əlaqədar tərəflər Rəşt – Astara dəmir yolu xəttinin tikintisi layihəsinin tezliklə reallaşdırılmasının zəruriliyini vurğulayıblar.
Tehran sammitində çıxış edən Putin üç ölkə arasında enerji körpüsünün yaradılmasının tərəfdarı olduğunu bildirərək, bunun energetika sistemlərinin birləşdirilməsini nəzərdə tutduğunu xatırladıb. RF Prezidentinin vurğuladığı kimi, “bu təşəbbüsün həyata keçirilməsi enerji təhlükəsizliyini artırmağa və bütün regionun etibarlı elektrik təchizatını təmin etməyə imkan verərdi”.
Hazırladı:İsgenderova Zəhra
Gundelik.az
Exit mobile version