Gundelik.az Dünya “Boeing” Pentaqona 2,8 milyard dollarlıq iki rabitə peyki təhvil verəcək
Dünya Xəbərlər

“Boeing” Pentaqona 2,8 milyard dollarlıq iki rabitə peyki təhvil verəcək

Amerikanın “Boeing Co.” korporasiyası ESS (Evolved Strategic Satellite Communications) proqramı çərçivəsində iki yeni nəsil rabitə peykinin hazırlanması və istehsalı üçün ABŞ Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Şirkət müqavilənin 2,8 milyard dollar dəyərində olduğunu bildirib. İlk peyk 2031-ci ilə qədər hazır olacaq. Müqaviləyə daha iki peykin çatdırılması imkanları daxildir.

Peyklər geostasionar orbitə buraxılacaq və ABŞ prezidenti və nüvə qüvvələri komandanlığı üçün nüvə silahlarına nəzarət üçün təhlükəsiz rabitə təmin edəcək.

Bu ilin əvvəlindən “Boeing”in bazar kapitallaşması 22% artaraq 162,8 milyard dollar təşkil edib.

Gundelik.az 

Exit mobile version