Pentaqon rəhbərliyi ABŞ-nin yeni müdafiə strategiyası ilə bağlı fikir ayrılığı yaşayır. Bəzi yüksəkçinli rəsmilər sənədi “qısagörən” adlandırıblar.
Gundelik.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
məlumatına görə, Pentaqon rəhbərliyi ABŞ-nin yeni müdafiə strategiyası ilə bağlı fikir ayrılığı yaşayır. Bəzi yüksəkçinli rəsmilər sənədi “qısagörən” adlandırıblar.
Mənbələrin bildirdiyinə görə, strategiya üzərində çalışan şəxslər prezident Co Baydenin xarici siyasətə şəxsi və bəzən mübahisəli yanaşmasını nəzərə alaraq, plana qarşı artan məyusluqdan danışıblar.
Hərbi dairələr hesab edirlər ki, yeni müdafiə konsepsiyası qlobal təhlükələr hesabına daxili təhdidlərə həddindən artıq diqqət ayırır. Xüsusilə də, Çinlə rəqabətin yalnız Tayvan məsələsinə endirilməsi narahatlıq doğurur. Rəsmilər bildirirlər ki, Pekin paralel olaraq genişmiqyaslı hərbi modernləşdirməni davam etdirir.
Nəşrin qeyd etdiyi kimi, yeni strategiyanın ritorikası daha çox tərəfkeş mövqedədir və Bayden administrasiyasının siyasətinə qarşı tənqidi məqamlar ehtiva edir. Həmçinin, 800 general və admiralın ixtisarını nəzərdə tutan hərbi yenidənqurma planı suallar yaradıb.
Məlumata görə, sentyabrın 25-də Pentaqon rəhbəri Pit Heqset yüzlərlə general və admiralı təcili toplantıya çağırıb. Hər biri minlərlə hərbi qulluqçuya rəhbərlik edən bu zabitlər gələn həftə Virciniyadakı hərbi bazada şəxsən hesabat verəcəklər. Görüşün səbəbləri hələlik açıqlanmayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Çinlə münaqişə ehtimalı fonunda raket istehsalını artırmağı planlaşdırdığı bildirilmişdi.
Gundelik.az

