İyul 8, 2026
Baku
Ədəbiyyat Xəbərlər

Bir ömrün fəlsəfəsi-Şeirin səssiz dili

Sahib müəllim
(Alovlu vətənpərvər, istedadlı alim və pedaqoq,
dəyərli dostum Sahib Zeynalova ithaf edirəm)

Vətən üçün candan keçən,
Döyüşlərdə öndə gedən,
Heç bir şeydən çəkinməyən,
Cəfakeş Sahib müəllim.
Döyüşlərə hey canatan,
Düşmənlərə qan udduran,
Onlara aman verməyən,
Cəfakeş Sahib müəllim.

Bütöv sözlü, saf əməlli,
Dostlarına sədaqətli,
Cəsur vətən fədaisi,
Cəfakeş Sahib müəllim.
El-obanın sevimlisi,
Dostlarının seçilmişi,
Yoxsullara kömək edən,
Cəfakeş Sahib müəllim.
Xalqımıza canyandıran,
İnsanlara dəstək olan,
El dərdini hər an çəkən,
Cəfakeş Sahib müəllim.

Vətən uğrunda döyüşən,
Ölmün gözünə dik baxan,
Mübarizədən qorxmayan,
Cəfakeş Sahib müəllim.
Tələbəyə yol göstərən,
Elmin sirlərini öyrədən,
Gözəl insan, gözəl alim,
Cəfakeş Sahib müəllim.

O, yol gedir üfiqlərə,
Təbiəti sevə-sevə,
İşıq salır boş çöllərə,
Cəfakeş Sahib müəllim.

Ruhu təmiz bir insandır,
Dedikləri könül açır,
Ürəklərə sevinc verir,
Cəfakeş Sahib müəllim.
O, şəffaf bulaq suyudur,
İçənlərə həyat verir,
Ömürləri hey uzadır,
Cəfakeş Sahib müəllim.

Sabir sözün qısa deyir:
Dostlar üçün o dayaqdır,
Şölə saçan bir mayakdır,
Cəfakeş Sahib müəllim.

Bakı, Binə qəsəbəsi. 23.03.2026

************************

İki gəncin dialoqu
Qız:
Niyə belə yan keçirsən?
Sədaqətdə, bütöv oğlan!
Yaman kədərli gəzirsən?
Belə olmaz, vurğun oğlan?!
Oğlan:
Səbəbi demək çetindi,
Fikirlər götürüb məni,
Qayğılarım çoxalıbdı,
Tapa bilmirəm cavabı.
Qız:
Yan getməklə iş düzəlməz,
Qovğalardan qaçmaq olmaz,
Çalış çıxış yolunu tap,
Haqq yoluna tapın, oğlan!
Oğlan:
Dediklərin qərəzlidir,
Fikirlərin dolaşıqdır,
Məqsədimdən dönmərəm mən,
Söz –söhbətdən mən uzağam.
Qız:
Baxış bucağın dəyişib,
Daxilində xof yaranıb,
Dediyində nəsə çatmır,
Gəl özünə, gözəl oğlan!
Oğlan:
Çətinlikdən yorulmuşam,
Dedi-qodudan usanmışam,
Dərd içində boğulmuşam,
Duman-çəndə mən azmışam.

Qız:
Çox üzmə gəl, sən özünü,
Dəqiqləşdir istəyini,
Möhkəm dayan məqsədində,
Dözümlü ol, gözəl oğlan!
Oğlan:
Mənim fikrim açıq-aydın,
Saf əməlli , təmiz qəlbəm,
Həqiqətə söykənmişəm,
Məhəbbətin carçısıyam
Qız:
Özünü çox öymə belə,
Ətrafına nəzər eylə,
Mənəm-mənəm demə belə,
Səbirli ol, gözəl oğlan!
Oğlan:
Məqsədim səbir etməkdir,
Bu yol mənim haqq yolumdur,
Haqqa tapınmaq borcumdur,
Səbir Allahın adıdır.
Qız:
Çatmaq üçün məqsədinə,
Qətiyyətli olmalısan,
Burulğandan keçməlisən,
Məhəbbətdə yanan, oğlan!
Oğlan:
Mən dönməzlik aşiqiyəm,
Od içindən keçəsiyəm,
Yanıb külə dönsəm belə,
İstəyimə çatasıyam.

*************************************

Apardı
Şimşək baxışlı gözəl,
Dünən qarşıma çıxdı.
Üzümə baxıb güldü,
Məftun etdi o, məni,
Məni-məndən apardı.
Sanki oda qalandım,
Alışıb tezcə yandım,
Bilmədim necə sirdir,
Silkələnib ayıldım,
Məni-məndən apardı.
Artıq dönüş gec idi,
Məhəbbətin ovsunu,
Almış qoynuna məni,
Buruğanlar içində,
Məni-məndən apardı.
Bağlandım o, gözələ,
Heç nə olmamış kimi,
Düşdüm eşqin oduna,
Məcnunla Leyli kimi,
Məni-məndən apardı.
Demə bu möcüzədir,
Yatanları oyadır,
Ürəklərə hərarət,
Sevenlərə güc verir,
Məni-məndən apardı.

15.03.2026

Sabir Rüstəmoğlu (Məmmədov),
ADPU-nun Ağcabədi filialının dosenti, AYB və AJB- nin üzvü
Gundelik.az