Ötən il Almaniyanın paytaxtı Berlində müsəlmanlara qarşı hücumlar 2023-cü illə müqayisədə 70 faizə yaxın artıb.
Bu barədə Gundelik.az Almaniyada fəaliyyət göstərən İslamofobiya və Müsəlmanlara Düşmənliklə Mübarizə Alyansının (CLAIM) hesabatına istinadən xəbər verir.
Hesabatda bildirib ki, 2024-cü ildə Berlində müsəlmanlara qarşı 644 hücum və 20 min isə ayri-seçkilik hadisəsi qeydə alınıb. Bu da 2023-cü illə müqayisədə təxminən 70 faiz artım deməkdir.
“Yeni illik hesabat şəhərimiz üçün əla fürsətdir. Bu, narahatedici mənzərəni rəqəmlərlə göz önünə qoyur “, – CLAIM-ın həm-direktoru Rima Hanano Berlində keçirilən mətbuat konfransında deyib.
O, səlahiyyətliləri artan anti-müsəlman irqçiliyinə qarşı daha güclü tədbirlər görməyə çağırıb.
“Müsəlmanlara qarşı hücumlar təxminən 70 faiz artıb. Bu o deməkdir ki, Berlində hər gün demək olar ki, iki anti-müsəlman hadisəsi baş verir”, – Hanano bildirib.
Hücumlarda xüsusilə qadınların hədəf alındığını və hadisə zamanı bir çox qurbanın uşaqlarının yanında olduğunu qeyd edin.
Hanano sənədləşdirilmiş halların faktiki hadisələrin yalnız bir hissəsini təşkil etdiyini və real rəqəmlərin daha çox ola biləcəyini söyləyib.
Hanano Yaxın Şərqdəki qarşıdurmaların (7 oktyabr 2023-cü il) şiddətlənməsindən sonra müsəlmanlara qarşı irqçiliyin əhəmiyyətli dərəcədə artdığını, Almaniyada baş verən terror hücumlarından sonra da oxşar artımların müşahidə edildiyini, siyasətçilərin və medianın çox vaxt müsəlmanları təhlükəsizliyə təhdid kimi göstərdiyini, şübhə və ayrı-seçkilik mühiti yaratdığını bildirib.
Hanano bildirib ki, müsəlmanlar çox vaxt ümumi şübhə altında saxlanılır və təhlükəsizlik problemi kimi göstərilir: “Bəzi insanlar bu cür müzakirə və diskurslardan ruhlanır və özlərini haqlı hesab edirlər. Həqiqətən, narahat edən odur ki, hətta uşaq və gənclər də küçələrdə şifahi və fiziki hücumlara məruz qalırlar”.
Təxminən 84 milyon əhalisi olan Almaniyada təqribən 5,5 milyon müsəlman yaşayır.
Almaniya Qərbi Avropada Fransadan sonra ikinci ən çox müsəlman əhalisinə malikdir.
Gundelik.az

