Paytaxtın bəzi küçə və prospektlərində yaranmış çətinliklərlə bağlı avtobusların hərəkətində müəyyən ləngimələr yarana bilər.
Bu barədə Gundelik.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, intensiv yağan yağışlara baxmayaraq, ictimai nəqliyyat fəaliyyətini davam etdirir.
“Hərəkət iştirakçılarına ehtiyatlı olmalarını və ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik”, – məlumatda qeyd edilib.

