Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinə sərf ediləcək vəsaitin həcmi məlum olub.
Gundelik.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.
Məlumata əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti bununla bağlı hazırlıqları yekunlaşdırıb.
Belə ki, təmir işlərini “Gəncə Körpü Tikinti-2” şirkəti həyata keçirəcək.
Bu işlərə 24 985 363 manat vəsait sərf olunacaq.
