Gundelik.az Hadisə Bakı–Quba yolunda yük maşını avtomobilin üstünə aşıb, ölən və xəsarət alan var
Hadisə Xəbərlər

Bakı–Quba yolunda yük maşını avtomobilin üstünə aşıb, ölən və xəsarət alan var

Bu gün saat 12:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsi ərazisindən çağırış qeydə alınıb.

Bu barədə Gundelik.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Başın və bədənin səthi travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, vəziyyət stabil qiymətləndirilir.

Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Exit mobile version