Sentyabr 23, 2026
Baku
Hadisə Xəbərlər

Bakı–Quba yolunda yük maşını avtomobilin üstünə aşıb, ölən və xəsarət alan var

Bu gün saat 12:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsi ərazisindən çağırış qeydə alınıb.

Bu barədə Gundelik.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Başın və bədənin səthi travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, vəziyyət stabil qiymətləndirilir.

Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.