Yaxın vaxtlarda hesabına Bakı Beynəlxalq Dəniz Limanının ötürücülük qabiliyyəti 150 min TEU-dan 260 min TEU-ya çatdırılacaq.
Gundelik.az xəbər verir ki, Bakı Limanının mülkiyyətçisi olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müavini Arif Ağayev bildirib.
Onun sözlərinə görə, bu məqsədlə Limanda dibdərinləşdirmə işləri görüləcək, yeni avadanlıqlar alınacaq.
Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ADY-nin tabeliyinə verilib. Bundan sonra şirkət “Bakı Beynəlxalq Dəniz Limanı” MMC kimi fəaliyyət göstərməyə başlayıb.
