Gundelik.az Ölkə Bakı Limanının ötürücülük qabiliyyəti artırılır
Ölkə Xəbərlər

Bakı Limanının ötürücülük qabiliyyəti artırılır

Yaxın vaxtlarda hesabına Bakı Beynəlxalq Dəniz Limanının ötürücülük qabiliyyəti 150 min TEU-dan 260 min TEU-ya çatdırılacaq.

Gundelik.az xəbər verir ki, Bakı ​Limanının mülkiyyətçisi olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müavini Arif Ağayev bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Limanda dibdərinləşdirmə işləri görüləcək, yeni avadanlıqlar alınacaq.

Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ADY-nin tabeliyinə verilib. Bundan sonra şirkət “Bakı Beynəlxalq Dəniz Limanı” MMC kimi fəaliyyət göstərməyə başlayıb.

Exit mobile version