Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub, tranzit yüklərin tədarükü həyata keçirilib.
Gundelik.az xəbər verir ki, 16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı 5 sentyabr tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 16 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Eyni zamanda Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük də həyata keçirilib.
5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta eyni tarixdə Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib.
