Bu ilin yanvar-mart aylarında Azərbaycanda 468,5 ton tütün istehsal edilib.
Gundelik.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 909,4 ton və ya 66% azdır.
Bu ilin aprelin 1-nə hazır məhsul ehtiyatı isə 745 ton təşkil edib.
Eyni zamanda, hesabat dövründə ölkədə 3,1 milyard ədəd siqaret və siqarlar istehsal olunub ki, bu da 2024-cü ilin yanvar-mart aylarındakı göstəriciyə nisbətən 782 milyon ədəd və ya 20,2% azalma deməkdir.
Gundelik.az
