Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycanda qızıl və gümüş istehsalı KƏSKİN ARTDI
İqtisadiyyat Xəbərlər

Azərbaycanda qızıl və gümüş istehsalı KƏSKİN ARTDI

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 2 113 kiloqram qızıl istehsal edilib.

Gundelik.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 637 kiloqram və ya 43,1% artıb. Ötən ilin ilk səkkiz ayında Azərbaycanda 1 476 kiloqram qızıl istehsal olunmuşdu.

Cari ilin sentyabr ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 114,5 kiloqram olub.

Eyni zamanda, bu ilin yanvar-avqust aylarında ölkədə 2 746 kq gümüş istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə 684,2 kq və ya 33,2% artım deməkdir.

Bu ilin sentyabr ayının birinə ölkədə hazır gümüş ehtiyatının miqdarı 577 kiloqram olub.

Gundelik.az

Exit mobile version