Gundelik.az Siyasət Azərbaycanda keçiriləcək “ADEX 2026″da 33 ölkədən nümayəndə qeydiyyatdan keçib
Siyasət Xəbərlər

Azərbaycanda keçiriləcək “ADEX 2026″da 33 ölkədən nümayəndə qeydiyyatdan keçib

Azərbaycanda keçiriləcək “ADEX 2026” üçün 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.

Gundelik.az xəbər verir ki, bu ölkələr sırasına ABŞ, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Əfqanıstan, Gürcüstan, İordaniya, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Malayziya, Mərakeş, Monteneqro, Nigeriya, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Sudan, Şimali Kipr, Türkiyə, Türkmənistan, Ukrayna, Uqanda və Vyetnam daxildir.

ABŞ, Azərbaycan, Belarus, ⁠Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan daxil olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil olunacaq.

ADEX və “Securex Caspian” sərgilərində 29 ölkədən 270-dən çox şirkət öz iştirakını təsdiq edib. Sərgilərdə stendlə təmsil olunacaq ölkələr arasında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alır.

Qeyd edək ki, bu il sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində Qafqaz regionunun nəhəng hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika və silah ekspozisiyalarından biri olmaqla yanaşı, müasir hərbi texnologiyaların və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. Eyni tarixlərdə Bakı Ekspo Mərkəzi “Securex Caspian” – 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə də ev sahibliyi edəcək.

Exit mobile version