Gundelik.az Ölkə Bakı Bulvarı bu gündən bağlanır
Ölkə Xəbərlər

Bakı Bulvarı bu gündən bağlanır

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır.

Gundelik.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış sərbəstdir.

Exit mobile version