İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycanda iki ASC bağlanır

“Mebel-Nəqliyyat” və “Kaspian Texnoloji Kompani” Açıq Səhmdar Cəmiyyətləri (ASC) ləğv edilir.

Gundelik.az xəbər verir ki, bu barədə hər iki şirkət özü elan edib.

“Mebel-Nəqliyyat” ASC kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi 17/268 ünvanına bildirmələrinin mümkün olacağnı, “Kaspian Texnoloji Kompani” isə bildirib ki, kreditorlar tələblərini iki ay ərzində AZ1117 Bakı şəhəri, Binəqədi rayonu, Bi̇ləcəri̇ ŞTQ, Sumqayıt şossesi, ev 5 ünvanına bildirə bilərlər.

“Mebel-Nəqliyyat” ASC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan şirkətin qanuni təmsilçisi Sadıxov Anar Ramiz oğludur.

“Kaspian Texnoloji Kompani” ASC isə 2009-cu ildə dövlət qeydiyyatına alınıb. 4 min manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi Nağıyev Məhəmməd Nağı oğludur.

Gundelik.az