Sentyabr 9, 2026
Baku
Hadisə Xəbərlər

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Həlak olanların adları bilindi

Zərdabda baş verən avtoqəzada ölənlərin adları məlum olub.

Gundelik.az “Report”a istinadən xəbər verir ki, bunlar minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.

1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.

Xatırladaq ki, ötən gecə Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.

Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində azı 5 nəfər yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.