Azərbaycanda iki kiçik su elektrik stansiyasının (KSES) tikintisinə sərf olunacaq vəsaitin həcmi məlum olub.
Bu barədə Gundelik.az “Azərnerji” ASC-dən məlumat əldə edib.
Bildirilib ki, Çardaqlı-1 və Çardaqlı-2 KSES-lərinin tikintisi ilə bağlı hazırlıqlar yekunlaşdırılıb.
Belə ki, sözügedən işlərin icrasını “BCC Group” QSC həyata keçirəcək.
Tikinti işlərinə 40 831 330 manat vəsait sərf olunacaq.

