İyul 21, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycanda daha iki kiçik su elektrik stansiyası tikiləcək

Azərbaycanda iki kiçik su elektrik stansiyasının (KSES) tikintisinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

Bu barədə Gundelik.az “Azərnerji” ASC-dən məlumat əldə edib.

Bildirilib ki, Çardaqlı-1 və Çardaqlı-2 KSES-lərinin tikintisi ilə bağlı hazırlıqlar yekunlaşdırılıb.

Belə ki, sözügedən işlərin icrasını “BCC Group” QSC həyata keçirəcək.

Tikinti işlərinə 40 831 330 manat vəsait sərf olunacaq.