Sentyabr 18, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanda bu sektorda orta maaş artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 2 137 manat təşkil edib.

Gundelik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 911 manat, özəl sektorda isə 2 272 manat olub.

2025-ci ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12,8 %, o cümlədən dövlət sektorunda 20 %, özəl sektorda isə 7,8 % artıb.

2026-cı il avqust ayının 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,2 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,3 % azdır.