“IT Learning Center” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir.
Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 183 ünvanına bildirə bilərlər.
Sözügedən şirkət 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynzadə Emin Firdovsi oğludur.
Gundelik.az
