“K Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalının 23 000 009 manatdan 19 299 999 manata qədər azaldır.
Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Qeyd olunub ki, kreditorlar bu elanın dərc edildiyi gündən etibarən 1 ay müddətində öz tələblərini Bakı şəhəri, Tbilisi prospekti 49/C E-poçt ünvanına təqdim edə bilərlər.
Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Allahverdiyev Məhəmməd Ənvər oğludur.
Gundelik.az
