“Easycep Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir.
Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Şirkətin hansı səbəbdən ləğv edildiyi açıqlanmasa da, qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 113 ünvanına bildirə bilərlər.
Sözügedən MMC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 703 343 manat olan şirkətin qanuni təmsilçisi Cavadov Seymur Əbdülhəsən oğludur.
Qeyd edək ki, “Easycep Azərbaycan MMC, yenilənmiş (refurbished) smartfon və elektron cihazların alqı‑satqısı və yenilənməsi sahəsində fəaliyyət göstərən bir şirkətdir.
“EasyCep” 2018‑ci ildə Türkiyədə təsis olunub və smartfonlar, planşetlər, ağıllı saatlar, kompüterlər, robot tozsoranlar və s. kimi elektron cihazları yeniləyib təklif edən bir şirkətdir.
2023‑cü il sentyabrın 26‑da şirkət Azerconnect və “Nar” vasitəsilə Bakıda, həmçinin Sumqayıt və Xırdalan kimi şəhərlərdə fəaliyyətə başlayıb.
Gundelik.az
