Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycan nefti bahalaşdı
İqtisadiyyat Xəbərlər

Azərbaycan nefti bahalaşdı

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,72 ABŞ dolları və ya 5,08 faiz artaraq bir barel üçün 97,61 ABŞ dollarına çatıb.

Gundelik.az xəbər verir ki, bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.

Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 5,02 ABŞ dolları və ya 5,59 faiz artaraq 94,74 ABŞ dolları təşkil edib.

“Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,05 ABŞ dolları və ya 7,66 faiz artaraq bir barel üçün 70,98 ABŞ dollarına çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 4,32 ABŞ dolları və ya 4,82 faiz artaraq bir barel üçün 93,96 ABŞ dolları olub.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

Exit mobile version