Rusiya Müdafiə Nazirliyi ötən gecə Ukraynanın Odessa şəhərində və Odessa vilayətində limanların fəaliyyətini təmin edən dörd enerji infrastrukturu obyektinə zərbələr endirildiyini açıqlayıb.
Gundelik.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
“Sentyabrın 2-si gecə saatlarında Odessa və Odessa vilayətində Ukrayna limanlarının fəaliyyətini təmin edən dörd enerji infrastrukturu obyekti vurulub”, – qurumdan bildirilib. Rusiya Müdafiə Nazirliyinin iddiasına görə, Odessa limanında həmçinin ekipajsız katerlər istehsal edən müəssisəyə, Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş altı yanacaq çəninə və bir sıra anbarlara zərbələr endirilib. Bundan əlavə, qurumdan bildirilib ki, sentyabrın 1-i axşam saatlarında “Alfa Development Qrupp” şirkətinə məxsus Kiyev vilayətindəki “Çayki” logistika mərkəzinə dronlarla zərbə endirib.

