Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycan nefti bahalaşdı
İqtisadiyyat Xəbərlər

Azərbaycan nefti bahalaşdı

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,51 ABŞ dolları və ya 0,7% artaraq bir barel üçün 69,39 ABŞ dolları təşkil edib.

Bu barədə Gundelik.az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 0,65 ABŞ dolları və ya 1% artaraq bir barel üçün 66,93 ABŞ dolları olub.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,54 ABŞ dolları və ya 1,5% artaraq bir barel üçün 36,3 ABŞ dollara çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,69 ABŞ dolları və ya 1% artaraq bir barel üçün 68 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Exit mobile version