Gundelik.az Elm və təhsil Ədəbiyyat 21 Yanvar – Şair Zəlimxan Yaqubun 76 illiyi, (1950-2016)
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

21 Yanvar – Şair Zəlimxan Yaqubun 76 illiyi, (1950-2016)

Zəlimxanın şeirləri, əsasən xalqımızın həyatından, məişət ənənələrindən, onun yaradıcılığından, şeir dilindən qidalanır.

Yazıçı Osman Sarıvəlli
Azərbaycanın Xalq şairi, ictimai xadim, Məmməd Araz ədəbi mükafatı ilə (1995), “Şair harayı”, “Vətən yaralar”, “Sizi qınamıram” və “Ziyarətin qəbul olsun” kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif edilmişdir. 1983-cü ildən AYB-nın üzvüdür. 2005-ci ildə “Azərbaycanın Xalq şairi” fəxri adına layiq görülüb. Yaqubov Zəlimxan Yusif oğlu 1950-ci il yanvarın 21- də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir (1967-1972). 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. 1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.
2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk dünyasına hizmət” mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib. Zəlimxan Yaqubun görkəmli dövlət xadimi Heydər Əliyevə ithaf etdiyi “Əbədiyyət dastanı” poeması haqqında şair-publisist Əli Rza Xələfli “Ölməzlik nəğməsi” adlı kitab yazmış və nəfis tərtibatda çap etdirmişdir. 5 oktyabr 2012-ci ildə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası xalq şairini Fəxri diplom və medalla təltif edibAnkaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə “NAZİM HİKMƏT” Beynəlxalq Ədəbiyyat Ödülü ilə təltif olunub. 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. Z. Yaqub 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.
Kitabları: “Od aldığım ocaqlar” (1986), “Mən sənin qəlbinə necə yol tapım” (2003), “Böyük  ömrün dastanı” (2004), “Qayıdaq əvvəlki xatirələrə” (2004), “Gözlərimin nurudu doğulduğum bu torpaq” (2005), “Mən bir dağ çayıyam” (2006), “Əbədiyyət dastanı” (2008), “Сказы саза” (2008), “Peyğəmbər” (poema) (2009), “Mən öz dastanımı yazıb gəlmişəm” (2009), “Özün basdırdığın ağaca söykən” (I cild) (2010), “Özün basdırdığın ağaca söykən” (II cild) (2010) və s.

Gundelik.az

Exit mobile version