İyul 8, 2026
Baku
Aktual Xəbərlər

Avstriyanın paytaxtında futbol meydançasının təmiri zamanı Roma dövrünə aid kütləvi məzarlıq hazırlandı

Gundelik.az xəbər verir ki,Avstriyanın paytaxtı Vyanada bir futbol meydançasının təmiri zamanı döyüşdə həlak olmuş yüzdən çox Roma əsgərinə aid kütləvi məzarlıq aşkarlanıb.
Vyana şəhərinin Simmering bölgəsində yerləşən idman sahəsində oktyabr ayının sonunda aparılan tikinti işləri zamanı çoxlu sayda insan qalıqları tapılıb. Bu barədə Wien Muzeyinə bağlı Vyana Şəhər Arxeologiyası Departamenti məlumat yayıb.
Muzeyin və arxeoloji qazıntı şirkəti Novetus-un arxeoloqları və antropoloqları tərəfindən aparılan qazıntılar nəticəsində azı 129 nəfərə aid skelet qalıqları aşkarlanıb. Lakin əvvəlki tikinti işləri zamanı sümüklərin bir hissəsinin yerindən tərpədildiyi nəzərə alınaraq, ümumi sayın 150 nəfərdən çox olduğu ehtimal edilir.
Muzeyin verdiyi məlumata görə, skeletlərin yerləşmə tərzi onların tələsik şəkildə, nizamsız formada torpaqla örtüldüyünü göstərir. Cəsədlər bir-birinə dolaşmış vəziyyətdə, bəziləri üzüstə və ya böyrü üstə uzanmış halda tapılıb. Bu da onların xüsusi mərasim olmadan dəfn edildiklərini göstərir.

Gundelik.az