ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə, qlobal enerji təchizatının əsas arteriyası olan Hürmüz Boğazını faktiki olaraq işləməz vəziyyətə gətirdi. Bu böhranın yan təsirləri Avropa qitəsində “məcburi turizm” adlandırılan yeni bir vəziyyəti ortaya çıxardı.
Yanacaq böhranının təsirini artırdığı Avropada sürücülər, deposunu doldura bilmək üçün sərhədləri keçməyə başladılar.
Ədəbiyyata “akaryakıt səfəri” kimi daxil olan bu vəziyyət, qitədə yeni bir iqtisadi böhran həqiqətinə çevrilib.
Almaniya və Polşa sərhədində qiymət fərqi
Almaniya-Polşa sərhədində, Oder çayının hər iki sahəsi arasındakı fərq günbəgün dərinləşir.
Almaniyanın Frankfurt (Oder) şəhərində benzinin qiymətləri, körpünün bir neçə yüz metr o tayındakı Polşa kasabası Slubice-də ucuz olduğundan, alman sürücüləri uzun növbələr yaratmağa məcbur olur.
Şansölye Friedrich Merz hökumətinin enerji dalğalanmalarına qarşı hazırladığı yardım paketlərinə baxmayaraq, xalq qənaəti qonşu ölkədə axtarır.
Berlindən 90 dəqiqəlik yolu yalnız yanacaq doldurmaq üçün edən sürücülər, depo dolumu ilə təxminən 30 avro qənaət edir.
Bu vəziyyət zamanla Polşada ucuz ərzaq alış-verişi və yerli restoranlarda yemək yeməyi də əhatə edən tam günlük bir iqtisadi səfərə çevrilir.
Slovakiyada xarici nömrəli avtomobillərə fərqli tarif
Böhranın dərinləşməsi ilə bəzi ölkələr öz ehtiyatlarını qorumaq məqsədilə proteksionist siyasətə yönəldi.
Slovakiya, sərhəd bölgələrində yanacağın tükənməsi səbəbindən 18 mart tarixindən etibarən xarici nömrəli avtomobillər üçün fərqli tarif tətbiqinə icazə verdi.
Baş nazir Robert Fico, akaryakıt turizmi səbəbindən yerli əhalinin əziyyət çəkdiyini bildirərək, xarici sürücülər üçün həm daha yüksək qiymət təyin edilməsini, həm də əlavə qablarla yanacaq alınmasının 10 litr ilə məhdudlaşdırılmasını təsdiqlədi.
Polşanın əsas neft emalı şirkəti Orlen isə mənfəət marjlarını minimuma endirərək həm daxili sabitliyi qorumağa, həm də bölgədəki cazibəsini davam etdirməyə yönəlib.
Fransada standartdan aşağı benzinə icazə
Fransada hökumət, ABŞ və İsrailin hücumları və İranın cavab tədbirləri ilə yüksələn gərginlik nəticəsində yaranan təchizat təhlükəsizliyi narahatlıqlarına qarşı, normal standartları ödəməyən yanacağın satışına da müvəqqəti icazə verdi.
Hürmüz Boğazı bağlı qaldığı müddətdə, Avropadakı bu hərəkətin daimi bir həyat tərzinə çevrilməsindən narahatlıq var.
Sərhədlərdə qaçaqçılıq nəzarəti artırıldı
Almaniya, ucuz yanacağın qanunsuz yollarla daşınmasının qarşısını almaq üçün sərhəd keçidlərində nəzarətləri maksimum səviyyəyə qaldırdı.
Alman polisi, avtomobillərdə standart deposundan əlavə daşınan həddindən artıq yanacaq qablarına qarşı anlıq yoxlamalar aparır.
Mövcud qaydalara görə sürücülərə yalnız 20 litrlik əlavə qab daşımağa icazə verilir, bu həddi aşmaq isə yanacaq qaçaqçılığı kimi qiymətləndirilir.
Sosial narazılıq və təchizat təhlükəsizliyi narahatlığı
Yanacaq səfəri edən vətəndaşlar, geopolitik gərginliklərin yükünün adi insanların üzərinə düşməsindən şikayət edir.
Cəmiyyətin geniş təbəqələri, Hürmüz Boğazındakı tıxanma və Yaxın Şərqdəki müharibənin yaratdığı enerji təzyiqinin dözülməz səviyyəyə çatdığını bildirir.
Berlin hökuməti, yanacaqdoldurma məntəqələrinin gündə yalnız bir dəfə qiymət qaldırmasına icazə verən qanuni tənzimləmələr üzərində işləsə də, sərhəd o tayındakı qiymət üstünlüyü sürücüləri yollarda saxlayır.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

