Gundelik.az Mədəniyyət və cəmiyyət Həftəsonu qidalanma rejimini dəyişmək metabolizmanı çaşdırır
Mədəniyyət və cəmiyyət Xəbərlər

Həftəsonu qidalanma rejimini dəyişmək metabolizmanı çaşdırır

Həftəsonu gec oyanmaq, səhər yeməyini günortaya saxlamaq və axşam yeməyini gec saatlarda yemək orqanizmin bioloji ritmini pozur. Mütəxəssislər bu vəziyyəti “metabolik jetlag” adlandırırlar.

Orqanizmin yalnız yuxu saatını deyil, qidalanma vaxtını da izləyən bioloji mexanizmləri var. Qaraciyər, mədəaltı vəzi, bağırsaqlar və yağ toxuması yemək vaxtlarına uyğun fəaliyyət göstərir. Həftəsonu yeməklərin saatını bir neçə saat dəyişmək isə bu ritmi pozur.

Nəticədə:

qan şəkərinə nəzarət çətinləşir;

insulinə həssaslıq azalır;

aclıq və toxluq siqnalları qarışır;

gecə qəlyanaltılarına meyl artır.

Xüsusilə gec saatlarda axşam yeməyi tövsiyə edilmir. Eyni qidanın gündüz saatlarında qəbul edilməsi, gecə gec saatlarda yeyilməsinə nisbətən adətən metabolizm baxımından daha əlverişlidir.

Mütəxəssislər həftəsonu yemək saatlarını həftəiçi rejimdən mümkün qədər çox uzaqlaşdırmamağı və axşam yeməyini yatmazdan ən azı 3 saat əvvəl bitirməyi məsləhət görürlər.

Qısası, həftəsonu istirahət edin, amma qidalanma rejiminizi tamamilə dəyişməyin.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version