2025-ci ilin sentyabrından 2026-cı ilin avqustunadək olan dövr üzrə avto-icbari sığorta sahəsində sığorta şirkətlərinin şikayət indeksi açıqlanıb.
Gundelik.az Mərkəzi Banka istinadən xəbər verir ki, ən yüksək şikayət indeksi “Xalq Sığorta” ASC-də qeydə alınıb. Şirkətin şikayət indeksi 1,70 təşkil edib.
Sonrakı yerlərdə “Meqa Sığorta” 1,29, “PAŞA Sığorta” 1,04, “Atəşgah Sığorta” 0,95, “Qala Sığorta” 0,73 və “Azərbaycan Sənaye Sığorta” 0,72 indeksi ilə qərarlaşıb.
| Sığortaçı | Şikayət indeksi |
|---|---|
| “Xalq Sığorta” ASC | 1,70 |
| “Meqa Sığorta” ASC | 1,29 |
| “Paşa Sığorta” ASC | 1,04 |
| “Atəşgah Sığorta” ASC | 0,95 |
| “Qala Sığorta” ASC | 0,73 |
| “Azərbaycan Sənaye Sığorta” ASC | 0,72 |

