İran İnqilab Keşikçiləri, Hörmüz boğazının dəniz trafikinə bağlı olduğunu elan edərək, qadağanı pozmağa cəhd edən gəmilərə sərt müdaxilə olunacağı barədə xəbərdarlıq etdi.
İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin Əlaqələr Bölməsi tərəfindən yayımlanan rəsmi açıqlamada, Hörmüz boğazı vasitəsilə həyata keçirilməsi planlanan nəqliyyat fəaliyyətləri ilə bağlı kritik qərarlar paylaşıldı. Açıqlamada deyilir:
“İsrail-Amerika ittifaqı” və onların dəstəkçilərinə aid limanlara gedən və ya bu limanlardan gələn bütün gəmilərin, marşrutdan asılı olmayaraq keçidi qadağan edilib.
“Üç konteyner gəmisi geri qaytarıldı”
Bildiridə qeyd olunub ki, bu səhər saatlarında üç müxtəlif ölkəyə aid konteyner gəmisi, icazəli koridorlardan istifadə edərək boğazdan keçməyə cəhd göstərib. İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin müdaxiləsi və xəbərdarlıqları nəticəsində həmin gəmilər marşrutlarını dəyişməyə məcbur olub.
ABŞ idarəsinin verdiyi “Hörmüz Boğazı açıqdır” açıqlamalarının gerçəyi əks etdirmədiyini iddia edən İnqilab Keşikçiləri, boğazın faktiki olaraq bağlı olduğunu vurğulayıb. Açıqlamanın sonunda, qadağanı pozaraq boğazdan istifadə etməyə cəhd edənlərin “sərt cavabla” qarşılaşacağı mesajı verilib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

