İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Avropa şirkətlərinin səhmləri bahalaşıb

Ən böyük Qərbi Avropa ölkələrinin birja indeksləri ötən həftəni artımla başa vurub.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, Avropanın ən böyük şirkətlərinin “Stoxx Europe” 600 kompozit indeksi 0,44% artaraq 537,96 bənd təşkil edib.

Ötən həftənin yekunlarına əsasən, digər göstəricilər belə olub:

Britaniya FTSE 100 – 0,27%, Almaniya DAX – 0,63%, Fransa CAC 40 – 0,64%, İspaniya IBEX 35 – 0,48%, İtaliya FTSE MIB – 1,02%

Bikdirilir ki,ABŞ-Avropa İttifaqı ticarət əlaqələrində irəliləyiş investorları həvəsləndirib.

Belə ki, bu Rrzılaşmanı cümə axşamı ABŞ Prezidenti Donald Tramp elan edib. O vurğulayıb ki, bu, ABŞ-nin aprel ayında ölkəsinin çoxsaylı ticarət tərəfdaşlarına əlavə tariflər tətbiq etməsindən sonra ilk belə sazişdir.

Trampın sözlərinə görə, tərəflər alüminium və polad ticarət zonasının, həmçinin əczaçılıq məhsullarının tədarükü üçün təhlükəsiz sistemin yaradılması barədə razılığa gəliblər.

Öz növbəsində ABŞ-nij tcarət naziri Hovard Lutnik Ağ Evdə jurnalistlərə izahat verib ki, razılaşmanın bir hissəsi olaraq Amerika tərəfi Britaniya avtomobillərinin rüsumlarını yüngülləşdirməyə razılaşıb.

“Prezident Böyük Britaniyanın ABŞ-yə 10% tariflə 100 min avtomobil göndərməsinə razılıq verib. Bu, Böyük Britaniya avtomobil istehsalçılarını qoruyacaq”, – Lutnik bildirib.

Avropa Mərkəzi Bankının (AMB) Rəhbərlik Şurasının üzvü və Finlandiya Mərkəzi Bankının rəhbəri Olli Rehnin yeni proqnozlar inflyasiya meylinin davam edəcəyini və iqtisadiyyatın soyuyacağını təsdiqləyəcəyi təqdirdə ECB-nin növbəti iclasında faiz dərəcələrini azaltmağı nəzərdən keçirməli olduğu barədə bəyanatları da Avropa fond bazarlarını dəstəkləyib.

Alman bankının gözlənilmədən birinci rübdə mənfəətə qayıtmasından sonra “Commerzbank”ịn səhmləri 4,4 faiz artıb.

Beynəlxalq Konsolidasiya Edilmiş Hava Yolları Qrupu bazar kapitallaşmasına 2,4% əlavə edib. Aviasiya holdinqi də yanvar-mart aylarında analitiklərin proqnozlarının əksinə olaraq lider olub və gəlirlərini gözlədiklərindən çox artırıb.

İtaliyanın “Mediobanca” və “Banca MPS” ötən həftə bazar dəyərini 5,4% və 1,5% artırıb.

Neft nəhənglərinin səhmlərində də artımlar qeydə alınıb:

BP plc 4,7%, Total Energies 1,7% və Shell 0,9%.

Gundelik.az