Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə bir araya gələrək, işğal olunmuş Fələstin ərazilərində insan haqlarını pozduğu təsbit edilən İsrailə qarşı mümkün sanksiyaları müzakirə ediblər.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Aİ iyunun 23-də Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın İsraillə Assosiasiya Sazişini nəzərdən keçirdikdən sonra deyib: “İcmal çox aydındır, biz Qəzzada vəziyyəti yaxşılaşdırmalıyıq və İsrail ikinci maddəni insan haqları xartiyası pozur”
Razılaşmanın yekdillik tələb etdiyi üçün tam dayandırılması gözlənilməsə də, azad ticarət, tədqiqat, texnologiya, mədəniyyət və siyasi dialoq kimi ayrı-ayrı mövzuları özündə əks etdirən, ixtisaslı səs çoxluğu tələb edən sazişin müddəalarının dayandırılması mümkündür.
İspaniya, İrlandiya və Sloveniya Assosiasiya Sazişinin dayandırılmasını dəstəkləyir. Almaniya, Avstriya, Çex Respublikası, o cümlədən Macarıstan buna qarşı çıxır.
Yığıncaqdan əvvəl mətbuata açıqlama verən Aİ Xarici İşlər Nazirləri Toplantısına sədrlik edəcək Kallas, Qəzzadakı humanitar vəziyyəti “fəlakətli” olaraq xarakterizə edib.
Təl-Əvivin Avropa İttifaqı-İsrail dialoqundan sonra Qəzzada vəziyyəti yaxşılaşdırmaq üçün addımlar atmağa razı olduğunu xatırladan Kallas, məsələnin razılığa gəlmək deyil, onun həyata keçirilməsi olduğunu vurğulayıb.
İsrailə qarşı sanksiya variantlarını üzv dövlətlərə təqdim etdiyinə diqqət çəkən Kallas deyib: “Bununla bağlı müzakirəmiz olacaq, lakin müzakirənin necə gedəcəyini təxmin edə bilmərəm. Düşünürəm ki, son müzakirəmizdə əsas diqqətimiz, həqiqətən də, yerlərdəki insanların vəziyyətini yaxşılaşdırmamız lazım olduğu idi. Əsas məqsəd bu idi”.
Gundelik.az

