Gundelik.az Xəbərlər İqtisadiyyat Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda elektrik enerjisinin istehsalı azalıb
İqtisadiyyat Xəbərlər

Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda elektrik enerjisinin istehsalı azalıb

Bu ilin birinci yarısında Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 134,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Bu barədə Gundelik.az Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə,bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon kilovat-saat və ya 0,4% azdır.

Belə ki, 2024-cü ilin ilk yarısında Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda135 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdi.

Qeyd edək ki, 2025-ci ilin birinci yarımili üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 291,5 milyon kilovat-saat, yəni 2,2% artaraq 13,849 milyard kilovat-saat olub.

Gundelik.az

Exit mobile version