Gundelik.az Dünya “Apple” ABŞ iqtisadiyyatına əlavə 100 milyard dollar sərmayə yatıracaq
Dünya Xəbərlər

“Apple” ABŞ iqtisadiyyatına əlavə 100 milyard dollar sərmayə yatıracaq

“Apple” şirkəti ABŞ-də istehsala əlavə 100 milyard dollar sərmayə qoyacaq. Bununla da texnologiya nəhənginin bu ölkəyə ümumi sərmayəsi 600 milyard dollara çatacaq.

Gundelik.az bu barədə xarici mediaya istinadən xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bu qərarı yüksək qiymətləndirərək, “Bu, “Apple”ın Amerikada və ya hər hansı bir yerdə etdiyi ən böyük sərmayədir”, – deyə Ağ Evdəki çıxışı zamanı bildirib.

Tramp qeyd edib ki, bu investisiya ölkədə 20 mindən çox yeni iş yeri yaradacaq. Bundan əlavə, “Apple”ın təchizatçıları – “Samsung” və “Corning” kimi şirkətlərdə də minlərlə yeni iş yeri açılacaq.

“Apple” daha əvvəl qarşıdakı dörd il ərzində ABŞ-də 500 milyard dollar xərcləməyi planlaşdırdığını açıqlamışdı. Yeni vəsait Hyustonda server zavodunun və Miçiqanda təchizatçılar üçün akademiyanın tikintisinə, həmçinin mövcud partnyorlarla əməkdaşlığın genişləndirilməsinə yönəldiləcək.

ABŞ prezidenti həmçinin ölkəyə idxal edilən çiplər və yarımkeçiricilərə 100 faiz rüsum tətbiq olunacağını bildirib. Lakin Trampın sözlərinə görə, “Apple” kimi şirkətlər bu rüsumlardan azad olunacaq – əgər məhsullarını ABŞ-də istehsal etsələr və ya bu öhdəliyi götürsələr.

Yeni tariflərin nə vaxt qüvvəyə minəcəyi hələlik açıqlanmayıb.

Gundelik.az 

Exit mobile version