Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri avqustun 30-da keçiriləcək iclasda Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edəcəklər.
Gundelik.az “Politico”ya istinadən xəbər verir ki, gündəlikdə 19-cu sanksiyalar paketi ilə yanaşı, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin istifadəsi də yer alacaq.
Nəşrin əldə etdiyi dəvət məktubuna əsasən, Aİ-yə sədrlik edən Danimarka tərəfi Moskvanı atəşkəsə məcbur etmək, həmçinin yeni sanksiyalar və aktivlərin istifadəsi vasitəsilə təzyiqi gücləndirməyi təklif edib.
Xatırladaq ki, Aİ-nin xarici işlər naziri Kaja Kallas avqustun 19-da açıqlama verərək Rusiyaya qarşı 19-cu sanksiya paketinin sentyabr ayı üçün hazırlanacağını bildirmişdi. Onun sözlərinə görə, avqustun 28–30-da Kopenhagendə Aİ-nin xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə bu məsələ ətraflı müzakirə olunacaq.
Gundelik.az

