Gundelik.az Dünya Serbiya Avropa İttifaqına daxil olmaq üçün bunu etməlidir
Dünya Siyasət Xəbərlər

Serbiya Avropa İttifaqına daxil olmaq üçün bunu etməlidir

Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etmədən Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcək.

Gundelik.az bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Serbiya prezidenti Aleksandr Vuçiçlə danışıqları zamanı bildirib.

“Serbiyanın Aİ-yə daxil olmaq üçün konkret addımlar atmasının vaxtı çatıb. Biz Serbiyanın xarici siyasətini, o cümlədən Rusiyaya qarşı sanksiyalar məsələsində Aİ siyasəti ilə daha çox uyğunlaşdırmasını görməliyik”, – Ursula fon der Leyen vurğulayıb.

Avropa Komissiyasının rəhbəri həmçinin Serbiyanın Aİ xarici siyasətinə uyğunlaşma sahəsində indiyədək əldə etdiyi irəliləyişi də yüksək qiymətləndirib.

Bundan bir neçə gün əvvəl Aleksandr Vuçiç Serbiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtinasının Aİ-yə üzvlük yolunda əsas maneə olduğunu bəyan edib. O, bu amilin Avropaya inteqrasiya prosesini ləngitdiyini qeyd edib.

Oktyabrın 9-da Vuçiç hökumətini, tələbləri “şantaj” kimi görünsə belə, Aİ-yə üzvlük prosesini sürətləndirmək üçün bütün şərtlərə əməl etməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl Serbiya Aİ-yə üzvlükdən imtinanı “vətəndaş cəsarəti aktı” adlandırmışdı.

Gundelik.az 

Exit mobile version