Gundelik.az Ölkə Ağdam-Füzuli yolunda mikroavtobus aşdı, 20 nəfər xəsarət aldı
Ölkə Xəbərlər

Ağdam-Füzuli yolunda mikroavtobus aşdı, 20 nəfər xəsarət aldı

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Gundelik.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilib.

Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində “Ford” markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Gundelik.az

Exit mobile version