İyul 17, 2026
Baku
Dünya Xəbərlər

Afrikada Ebola virusu ilə bağlı narahatlıq davam edir

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 2 mini keçib, ölənlərin sayı isə 800-ü ötüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyanın görülən tədbirlərdən daha sürətlə yayıldığı barədə xəbərdarlıq edib.

Konqo Demokratik Respublikasında Ebola virusu ilə bağlı narahatlıq artır. Ölkədə yoluxma hallarının sayı 2 mini, ölüm sayı isə 800-ü keçib. ÜST virusun ölkə daxilində sürətlə yayılmasına diqqət çəkib.

Təşkilat epidemiyanın tətbiq olunan profilaktik tədbirlərdən daha sürətlə yayıldığını bildirib.

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus deyib:

“Hazırda tarixdə qeydə alınmış üçüncü ən böyük Ebola epidemiyası ilə üz-üzəyik. Son aylarda virus əvvəlki epidemiya ilə müqayisədə daha sürətlə yayılıb.”

Uqandadan ümidverici xəbər

Epidemiyanın təsir göstərdiyi digər ölkə olan Uqandada isə müsbət irəliləyiş qeydə alınıb.

Ebola xəstəliyinə görə müalicə alan son pasiyentin xəstəxanadan evə buraxıldığı açıqlanıb. Bununla da ölkədə 42 günlük müşahidə mərhələsi başlayıb.

Bu müddət ərzində yeni yoluxma halı qeydə alınmasa, Ümumdünya Səhiyyə Təşkilatı Uqandanı “Eboladan azad ölkə” elan edəcək.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az