İyul 17, 2026
Baku
Dünya Siyasət Xəbərlər

ABŞ İrana başladığı hücum əməliyyatlarını başa çatdırdığını açıqladı

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı altı gün ardıcıl davam edən hücum dalğasının başa çatdığını bəyan edib.

CENTCOM-un yazılı açıqlamasında bildirilib: “CENTCOM ABŞ-ın şərq sahili vaxtı ilə saat 21:40-da  İrana qarşı başladılan son genişmiqyaslı hücum dalğasını başa çatdırıb.”

Açıqlamada qeyd olunub ki, ABŞ döyüş təyyarələri, pilotsuz uçuş aparatları və hərbi gəmilər vasitəsilə İranın sahil müşahidə və hava hücumundan müdafiə mövqelərini, hərbi-logistika infrastrukturunu və dəniz əməliyyat imkanlarını hədəfə alıb. Bildirilib ki, bu, ABŞ-ın İrana qarşı həyata keçirdiyi ardıcıl altıncı gecə hücumları olub.

CENTCOM həmçinin vurğulayıb ki, hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi xidmət edir.

Qeyd edək ki, CENTCOM ötən gün Bakı vaxtı ilə saat 22:00-da İrana qarşı yeni hava hücumu dalğasının başladığını elan etmişdi.

İran mediasının məlumatına görə, ABŞ ordusunun yeni hücumlarından sonra İranşəhr hava limanı, Həmidiyyə şəhəri, eləcə də Bəndər-Abbas şəhərində yerləşən bir körpü hədəfə alınıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az