ABŞ-nin yaxın gələcəkdə Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərini kütləvi şəkildə çatdırmaq imkanı yoxdur.
Gundelik.az xəbər verir ki, bu barədə ‘Military Watch Magazine” (MWM) məlumat yayıb.
Nəşr qeyd edir ki, “Patriot” sistemlərinin vədinin Tramp administrasiyasına həm ölkə daxilində, həm də digər NATO üzvləri tərəfindən təzyiqləri azaltması gözlənilsə də, ABŞ-nin özündə sistemlərin kəskin çatışmazlığı yaxın gələcəkdə Ukraynaya heç bir çatdırılma olmamasını təmin edir.
Bundan əvvəl Tramp ABŞ-dən Ukraynaya yeni silah tədarükünə “Patriot” sistemlərinin daxil olacağını bildirmişdi. Onun sözlərinə görə, 17 belə sistemin tədarükü imkanları nəzərdən keçirilir.
Ağ Ev rəhbəri həmçinin bildirib ki, ABŞ və NATO Kiyevə silah tədarükü ilə bağlı razılığa gəliblər.
Gundelik.az

