Gundelik.az Dünya ABŞ-nin tarifləri Polşanın 2,2 milyard dollar itirməsinə səbəb olacaq
Dünya Xəbərlər

ABŞ-nin tarifləri Polşanın 2,2 milyard dollar itirməsinə səbəb olacaq

ABŞ Prezidenti Donald Trampın Avropa məhsullarına tətbiq etdiyi rüsumlar Polşanın təxminən 2,2 milyard dollar itirməsi ilə nəticələnəcək.

Gundelik.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk sosial şəbəkə hesabında yazıb.

“Amerikanın Avropa məhsullarına tətbiq etdiyi rüsumlar reallığa çevrilib. Bu, prezident Trampın apreldə təklif etdiyi rüsumların yarısıdır, lakin sevinməyə əsas yoxdur. İlkin hesablamalara görə, Polşa təxminən 8 milyard zloti (təxminən 2,2 milyard dollar ekvivalenti) itirə bilər”, – baş nazir yazıb.

O əlavə edib ki, 15 milyard itki isə risk altındadır.

Tusk vurğulayıb ki, itkilər Atlantikanın hər iki tərəfində ciddi olacaq, lakin kompleks ticarət razılaşması müttəfiqlər arasında mənasız tarif müharibəsindən daha yaxşıdır.

Gundelik.az 

Exit mobile version