İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

ABŞ-nin cari hesab kəsiri birinci rübdə 44%-dən çox artıb

ABŞ-də cari hesabın kəsiri bu ilin birinci rübündə 44,3 faiz artaraq 450,2 milyard dollara çatıb.

Gundelik.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi yanvar-mart dövrü üzrə cari əməliyyatlar balansı məlumatlarını açıqlayıb.

Bu dövrdə cari kəsir üçün bazar gözləntisi 448 milyard dollar olub.

ABŞ-də ötən ilin son rübünün cari kəsiri 303,9 milyard dollardan 312 milyard dollara yüksəlib.

Ölkənin cari hesab kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbəti bu ilin birinci rübündə 6% olaraq hesablanıb. Ötən ilin son rübündə bu nisbət 4,2% təşkil edib.

“Bu dövrdə cari əməliyyatlar hesabının kəsirinin artması daha çox mal ticarətində kəsirin genişlənməsi ilə bağlı olmuşdur”, – deyə məlumatda vurğulanıb.

Gundelik.az